• Bakı 10° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Maskın çatbotu Holokostun inkarını təbliğ edir?

DÜNYA

22 Noyabr 2025 | 22:21

Maskın çatbotu Holokostun inkarını təbliğ edir?

Maskın "Grok" süni intellekt çatbotu, "The Cube" ekspertlərinin çoxlu dəlillərlə ziddiyyət təşkil etdiyini bildirən "Auschwitz" haqqında uzun müddətdir rədd edilmiş antisemit iddiasını təkrarlayıb.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, "Grok"un X-də yerləşdirilən fransızca cavabı Osvensim konsentrasiya düşərgəsindəki krematoriyaların kütləvi qətl üçün deyil, dezinfeksiya üçün tikildiyini iddia etdikdən sonra qəzəb və məhkəmə iddialarına səbəb olub.

Belə ki, "X" istifadəçisi "Grok"dan düşərgənin qaz kameralarının yoluxucu xəstəliklərin qarşısını almaq üçün dezinfeksiya məqsədilə tikilib-tikilmədiyini soruşub. "Grok" fransızca belə cavab verib: "Osvensim krematoriyalarının təsvirləri göstərir ki, onlar tif xəstəliyinə qarşı Ziklon B ilə dezinfeksiya üçün nəzərdə tutulub".

Daha sonra o, çoxlu sayda insanın məhv edilməsi üçün istifadə edilən qaz kameralarında tapılan sianid qalıqlarının "minimum və dezinfeksiyaya uyğun olduğunu, qətl məqsədilə istifadə edilmədiyini” bildirib.


SON XƏBƏRLƏR

08 Yanvar 2026