• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

 Mayorka adasında etiraz aksiyaları keçirilir

DÜNYA

22 Iyul 2024 | 13:15 | Müəllif: Əli Hüseynov

Mayorka adasında etiraz aksiyaları keçirilir

Mayorka adasının sakinləri etiraz aksiyalarına start verib.

Bakıvaxtı.az "Euronews"a istinadla xəbər verir ki, İspaniyanın Mayorka adasında turist sayının ifrat dərəcədə artması nəticəsində sakinlər etiraz aksiyalarına başlayıb.

Yürüş təşkilatçıları hesab edirlər ki, turistlərin sayının artması ada sakinlərinin maaşlarının azalmasına, həyat keyfiyyətinin aşağı düşməsinə, səs-küyə, həm kirayə, həm də alınan mənzillərin qiymətlərinin artmasına səbəb olur.

Mitinqi təşkil edən "Az Turizm, Daha Çox Həyat" platformasının sözçüsü Pere Coan Feminia bildirib:

 "Bəsdir deməyin vaxtıdır. Gələn turistlərin sayını məhdudlaşdırmaq və azaltmaq, əhalinin rifahı artırmaq üçün konkret tədbirlər görmək istəyirik".

Qeyd edək ki, İspaniya ərazisində bu ay ərzində belə aksiyaların keçirilməsi geniş vüsət alıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026