Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki binalardan birində yerləşən məznildən külli miqdarda oğurluq edilib.
Bakıvaxtı.az xəbər verir ki, orada yaşayan Mehdiyev Asəf Mehdiyeviçin evindən 200 000 ABŞ dolları oğurlanıb. Oğurluq hadisəsi bu ilin iyulun 1-dən noyabrın 7-nə qədər, yəni, 4 ay müddətində baş verib.
O, oğurluğu evində qulluqçu işləmiş qadının törətməsindən şübhələnir. A.Mehdiyev faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Mediada yayılan məlumata görə, Asəf Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğu bildirilir. Belə ki, R.Mehdiyevin əksər kitabları “Şərq-Qərb” nəşriyyatında çap olunub.
AMEA-nın mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Asəf Mehdiyev AMEA prezidenti Ramiz Mehdiyevin nə yaxını, nə də qohumu deyil.
Ramid İbrahimov
















