• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Məhkəmə ekspertizası: "Vaqif Xaçatryan Meşəli hadisələrini törədərkən anlaqlı..."

CƏMİYYƏT

06 Noyabr 2023 | 12:29 | Müəllif: Subhan Mahmudov

Məhkəmə ekspertizası: "Vaqif Xaçatryan Meşəli hadisələrini törədərkən anlaqlı..."

Vaqif Xaçatryan Meşəli hadisələrini törədərkən anlaqlı vəziyyətdə olub və heç bir psixoloji xəstəlik aşkarlanmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vaqif Xaçatryan barədə keçirilən məhkəmə psixiatrik ekspertizanın rəyində bildirilib.

Rəydə qeyd edilib ki, V.Xaçatryan Meşəli hadisələrində hadisəni törədərkən güclü ruhi əsəb gərginliyi keçirməyib, özünü idarə etmək qabiliyyətində olub.

İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 29 iyul 2023-cü il tarixli 1028 N-li və əlavə məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023-cü il tarixli K/284-2023 N-li rəylərindən görünür ki, Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə-tibbi müayinəsi zamanı sol dirsək çuxuru nahiyəsində dörd ədəd əzilmiş yaraların sağalmış izləri olan köhnə çapıq toxumalar aşkar edilib, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənib, əmələgəlmə müddəti 3-5 ildən əvvəl yetirilməyə uyğun gəlir, cərrahi tikildikləri üçün sağlamlığa yüngül zərərvurmaya aiddir./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026