• Bakı 14° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Məhkəmələr media ilə sağlam əməkdaşlığa xüsusi önəm verirlər

MEDİA

02 May 2025 | 11:11

Məhkəmələr media ilə sağlam əməkdaşlığa xüsusi önəm verirlər

“Məhkəmə və media - cəmiyyətin mühüm institutları olaraq, qanun aliliyinin təminində bir-birini tamamlayan mühüm funksiyalar daşıyırlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  təşkil edilən “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev deyib.

Onun sözlərinə görə, media məhkəmələrin fəaliyyətinə ictimai nəzarət funksiyasını yerinə yetirməklə, onları şəffaflığa təşviq etdiyi halda, məhkəmələr də öz növbəsində medianın fəaliyyətinin qanunauyğunluğuna məhkəmə nəzarətini həyata keçirirlər. 

“İctimaiyyətin legitim maraq dairəsinə daxilolan məhkəmə fəaliyyəti barədə vətəndaşların obyektiv olaraq məlumatlandırılması, cəmiyyətdə ədalətə olan etimadı artırmaqla, məhkəmə hakimiyyətinə inamın formalaşdırılmasında mühüm rol oynayır.

Bu baxımdan, məhkəmələr ictimaiyyətin məlumat alma hüququna hörmətlə yanaşaraq, media ilə sağlam əməkdaşlığa xüsusi önəm verirlər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR