• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Meksikada mikroavtobusun aşdı - 13 nəfər öldü

DÜNYA

30 Yanvar 2022 | 09:30

Meksikada mikroavtobusun aşdı - 13 nəfər öldü

Meksikanın Halisko ştatında içərisində sərnişinlər olan mikroavtobus şosedə aşıb. Hadisə nəticəsində 13 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Mülki Müdafiə Xidməti “Twitter” səhifəsində məlumat yayıb.

Hadisə Leon-Aquaskalientes avtomobil yolunda baş verib. İkisi azyaşlı olmaqla səkkiz kişi və dörd qadın hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb.

İlkin məlumata görə, Mexiko ştatının Toluka şəhərindən San-Xuan-de-los-Laqos (Halisko) istiqamətində hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirib və nəticədə avtomobil kanala sürüşərək aşıb.

Ölənlərin hamısının Meksika vətəndaşı olduğu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026