• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Məktəb direktoru barəsində cinayət işi AÇILDI

CƏMİYYƏT

25 Iyun 2023 | 16:51

Məktəb direktoru barəsində cinayət işi AÇILDI

Daşkəsən rayonunda məktəb direktoru barəsində cinayət işi başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Şahvələdli kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalar zamanı qeyd olunan məktəbin direktoru Roman Tağıyevin 2020-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitini mənimsəməsi və sair qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR