• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Məktəb direktoruna cinayət işi açıldı

GÜNDƏM

20 May 2021 | 15:44

Məktəb direktoruna cinayət işi açıldı

"Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət alması ilə bağlı məlumatlar dərc olunub".

Bu barədə Bakıvaxtı.az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

"Bununla bağlı bildiririk ki, Abşeron rayon prokurorluğuna daxil olan müraciət əsasında aparılmış ilkin yoxlama zamanı müəyyən edilib ki, 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq edilib.

Qeyd edilən fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi təmin ediləcək", - Prokurorluğun açıqlamasında bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR