• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır

CƏMİYYƏT

31 May 2021 | 12:09

Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır

Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır.

Bakı şəhər Təhsil idarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1083 məktəbəhazırlıq qrupunda 26 754 uşaq məşğələyə cəlb olunub.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026