• Bakı 10° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Məktəblərdə Azərbaycan dilinin tədrisi genişlənir - Təhsil İnstitutu

CƏMİYYƏT

09 Dekabr 2025 | 12:58

Məktəblərdə Azərbaycan dilinin tədrisi genişlənir - Təhsil İnstitutu

Tədrisi digər dillərdə olan məktəblər Azərbaycan tarixi ilə yanaşı başqa fənlərin də ana dilində tədrisi məsələsinə aydınlıq gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bu gün jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, Azərbaycan dilinin tədrisi genişlənir:

“Artıq “Ədəbiyyat”, “Hərbi hazırlıq” və “Musiqi” fənləri tədris dilindən asılı olmayaraq bütün siniflərdə Azərbaycan dilində tədris olunur və bu fənlər üzrə qiymətləndirmə də həmin dildə aparılır. Məqsəd şagirdlərin öyrənmə prosesinə təsiri və nəticələrin qiymətləndirilməsidir. Hazırda digər fənlərin də Azərbaycan dilində tədrisi ilə bağlı müzakirələr davam edir. Konkret hansı fənlərin bu siyahıya əlavə olunacağı barədə qərar isə növbəti illərdə veriləcək”, - o vurğulayıb.


SON XƏBƏRLƏR