• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Məktəblərdə dini dərslər keçirilə bilər

CƏMİYYƏT

13 Dekabr 2022 | 13:14

Məktəblərdə dini dərslər keçirilə bilər

"Radikalizmi yaradan səbəblər içində, bəli, dini səbəblər də var. Amma bunu dini radikalizm adı ilə yox, din pərdəsi altında cəmiyyətdə təxribat yaratmaq istəyən bir qrupun şüarı kimi dəyərləndirməliyik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı çıxışı zamanı deyib.

Onun spzlərinə görə, dini radikalizm ifadəsi doğru deyil: "Biz əgər radikal olsaq, bizim multikultiral cəmiyyətimizdə məhzəblərarası radikallıq da olmalıdır. Varmı? Yoxdur. Yəni mən burada "dini" ifadəsini mən çıxaracağam".

Dini radikilzmə yol açan əsas məqamlardan çıxış yollarını diqqətə çatdıran Q.Cavadlı qeyd edib ki, birincisi, məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır. Onun spzlərinə görə, bu, mütləqdir və bu, dini maarrifləndirmədir: "Bununla da, cəmiyyətdə dini düşüncəni yaxşı mənada dəyişmək mümkündür. İkincisi, cəmiyyətdəki sosial ədalətsizlik də radikal meyillərə yol açmaqdadır. Korrupsiya, yerlibazlıq kimi hallar cəmiyyətin beyninə nüfuz edir. Üçüncüsü isə, psixoloji problemlərdir. Özəlliklə gənclərimiz arasında intihar hallarının artması buna nümunədir. Mən xahiş edirəm, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi bu problemin həlli yolunda QMİ ilə də məsləhətləşsin, müzakirə və təkliflərə açıq olsun".

QMİ sədrinin müavini insanlar arasında etiqad hissinin yaranması üçün Allah xofunun olmasının vacibliyini vurğulayıb. Bildirib ki,  Allah xofu formalaşmayan insanda etiqad hissi ola bilməz: "Filan qız məni atdı, vəssalam, gedib intiharı çıxış yolu kimi görür. Niyə? Çünki onun ürəyində və beynində Allah xofu yoxdur, formalaşmayıb. Allah yadına düşmür. Ailəni nə vəziyyətə salacağı yadına düşmür".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026