• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Meladze bu sözünə görə titullardan məhrum edilə bilər

MƏDƏNİYYƏT

02 Yanvar 2023 | 23:49 | Müəllif: Subhan Mahmudov

Meladze bu sözünə görə titullardan məhrum edilə bilər

Müğənni Valeri Meladzeni bütün titullarından məhrum edilməlidir.

Bakıvaxtı.az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov deyib.

"Əsl rus sənətçisi özünü belə apara bilməz. O, hər iki stulda oturub, hər tərəfdən götürməyə çalışır. Artıq qərar vermək vaxtıdır. Baxmayaraq ki, davranışına görə bu "sənətkar" öz tərəfini seçdi. Meladzeni bütün titullarından məhrum etməyi təklif edirəm. Bu, ədalətli olacaq", - Mironov bildirib.

Deputat qeyd edib ki, xaricdə keçirilən konsertdə müğənni Valeri Meladze Ukraynanın millətçi şüarını dəstəkləyib.

"Sonra isə əlavə etdi ki, "siyasətdən kənar"dır. Amma ölkədən kənarda qonaqlıqlar keçirmək, hətta kriminal şüarları dəstəkləmək - bu, "siyasətdən kənar" olmaqdır?" - deyə deputat soruşub.

Qeyd edək ki, V.Meladze Dubaydakı konsertində "Slava Ukraini" (Ukraynaya eşq olsun) şüarını səsləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026