• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Məleykə Abbaszadədən III ixtisas qrupuna dəyişikliklə bağlı AÇIQLAMA

CƏMİYYƏT

25 Fevral 2022 | 14:27 | Müəllif: Qalib İbrahimoğlu

Məleykə Abbaszadədən III ixtisas qrupuna dəyişikliklə bağlı AÇIQLAMA

III ixtisas qrupunda TC və DT altqruplarının yaradılmasını nəzərdə tutan dəyişikliklərin Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcək. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən imtahan verməlidirlər.

DİM sədri bildirib ki, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malikdirlər.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026