• Bakı 13° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Meliorasiya, suvarma və içməli su təchizatı dövlətin prioritet sahəsidir

CƏMİYYƏT

24 Aprel 2024 | 16:39

Meliorasiya, suvarma və içməli su təchizatı dövlətin prioritet sahəsidir

Azərbaycanda həyata keçirilən infrastruktur lahiyələri ölkəmizi regionun aparıcı gücünə çevirib, onu tamamilə yeni bir səviyyəyə qaldırıb. Elektrik enerjisi, avtomobil və dəmir yolları, dəryaçılar, bir sözlə suvarma ilə bağlı reallaşdırıan lahiyələr öz səmərəsini göstərməkdədir.

Ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi sürətli inkişafı təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrin inkişafına təkan verməklə, burada yaşayan insanların məşğulluğu üçün hərtərəfli şərait yaratmaqdır. Bu sahədə ölkəmizdə meliorasiya və su təsərrüfatı ilə bağlı həyata keçirilən dövlət siyasəti çoxşaxəli xarakteri ilə seçilir.

Prezident İlham Əliyevin bu il aprelin 16-da yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindən çıxışı bu sahədə aparılan işlərin geniş mənzərəsini yaratmışdır.

Əslində Yuxarı Şirvan su kanalı 1958-ci ildən fəaliyyət göstərir. Kanal torpaq məcralı olduğundan illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxıb, itkilərə və su sızmalarına görə ətrafdakı torpaq sahələri şoranlaşıb, əkin üçün yararsız vəziyyətə düşüb. Kanal yenidən qurulduqdan sonra 120 kilometrlik kanalın uzunluğu 200 kilometrdən çox olacaq. Əkin sahələri iki dəfədən çox artacaq,230 min hektar olmaqla sahəni əhatə edəcək ki, 10 rayonu əhatə edəcəkdir yeni suvarılacaq əkin sahələri olacaq.

Şirvan suvarma kanalının yenidən qurulmas ilə bərabər gələn ildən Qarabağda da 115-min hektar əkin sahəsinin dövriyyəyə daxil olması ilə aqrar sahənin inkişafı yeni mərhələyə daxil olacaq.

Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi ilə Şimal və Qərb bölgələrində əkinə yararlı sahələr xeyli artıb, ölkəmizdə suvarma ilə bağlı həyata keçirilən iri layihələrin geniş şəbəkələşməsi təmin edilib. Görülmüş və görüləcək işlərin sayəsində ölkəmizin su ehtiyatlarının aqrar sahəyə yönləndirilməsi inqilabi dəyişikliyə səbəb olacaq, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının, məşğulluğun artması ilə vətəndaş məmnunluğunu təmin edilməsi və kənd yerlərinin sosial iqtisadi simasının yeniləşməsinə ciddi təkan verəcək.

Məlumdur ki, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən də Azərbaycanda böyük narahatlıqlar var. Ölkəmizdə yağıntının miqdarının aşağı düşməsi, dağlara yağan qarın azalması, Xəzər dənizinin dayazlaşması bizi narahat edir. Şirvan, Qarabağ, Taxtakörpü kanalları, eləcə də inşasına başlanmış Qəbələ-Yengicə su anbarı ilə bərabər daha 10 su anbarının inşası nəzərdə tutulur.

İşğaldan azad olunmuş Qarabağ-Şərqi Zəngəzurda su ehtiyatlarının 25 faizinin cəmləşməsini nəzərə alsaq və orada su ehtiyatlarından səmərəli istifadə məqsədilə geniş lahiyələndirmə işlərinə başlanması və Suqovusan su anbarının da yenidən qurulması ilə regionun mənzərəsi tamamilə dəyişəcək. Burada həyata keçirilməkdə olan yeni infrastruktur-quruculuq işləri məhz dövlətin su siyasətində tamamilə yeni mərhələyə daxil olacaq. İstifadəyə verilmiş Ağdamdakı Xaçınçayla bərabər, Köndələnçay, Zabux su anbarlarının da inşası sürətlə davam edirilir. Gələcəkdə bu siyahıya Həkəriçay və Bərğuşadçay su anbarlarının inşası da əlavə ediləcək ki, bu 100 min hektar yeni əkin sahəsi deməkdir. Bütün bunlar isə bitkiçilik, meyvəçilik və heyvandarlıq sahəsində də geniş inkişaf dinamikası təmin ediləcək.

Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bütün bunların ölkəmizin sosial-iqtisadi nüfuzuna təsirindən bəhs edərək ölkə başçısı deyib:

“Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır”.

Həsən Bayramov

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İcmanın Binəqədi rayon Nümayəndəsi, Pedaqogika elmləri doktoru,professor,Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024