"Keçən ilin bu günü. Küvəzə düşdüyün üçün gec paylaşmışdım. Onu arzuladığım üçün bu vəziyyətdən özümü günahlandırmışdım. Çox qarmaqarışıq, beynimin əsəb, stresdən pozulduğu bir vaxtda gəldin. Nə yaxşı ki, Allah buna icazə verdi. Məni günah işdən çəkindirdi. Yaxşı ki, varımsan. Sən ananın günəşisən. Çünki həyatıma yenidən işıq, nur gətirdin. Qapanmış gözlərimi açdın. Əslində əyilməz və heç kimin kölgəsi olmayacaq qədər güclü anan olduğunu xatırlatdın. Canım oğlum, Rəsulum, 1 yaşın mübarək. Nur üzlüm, məsum simalım, Allah səni qorusun mələyim".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyova sosial media hesabında yazıb. O, oğlunu ad günü münasibəti ilə təbrik edərək, fikirlərinə bu sözləri əlavə edib:
"Əziz oğlum, hər ikinizi ana kimi sevəcəyimə dair söz vermişəm özümə. Ana sevgisi qurucudur,qadın sevgisi isə dağıdıcı. Böyüyəndə fikrimi anlayacaqsan. Gözəl gözlüm, ağıllı balam, xoş gəlmisən bu dünyama. Nə yaxşı ki, mənim oğlumsan, Rasulum. Ad günün mübarək!
İndi isə adının hekayəsini yazım. Xəstəxanaya gedəndə ürəyimdə bir ad düşünmüşdüm. Amma razı olmadılar deyə, doğulsan belə adın qoyulmamışdı. Xəstəxanada artıq üçüncü günüm idi. Gece yatmağa yerimə girəndə sol tərəfdən qulağıma bir qadın səsi gəldi. Rasul, Rasul deyə, səslənirdi. Qəribə oldum. Duruxdum bir anlıq. Sonra tez internetdə adın mənasına baxdım. Allahın elçisi yazılmışdı. Bu, çox ürəyimə yatdı. Gecə isə yuxu gördüm. Bir məhkəmə zalında idim. İki xanımın söhbətinə qulaq şahidi oldum təsadüfən. Hər iki xanım hakimin necə mədəni, savadlı və yaraşıqlı olmasından danışırdı. Diqqətimi çəkdi deyə, hakimi görmək istədim. Və onun tərəfə yaxınlaşdım. Gördüm ki, həqiqətən çox yaraşıqlı, hündürboy və qara saçlı bir bəydir .Sol tərəfdə isə köynəyin üstündə Rasul İsmayıl yazılmışdı. Ona görə də bu adın mənim üçün çox böyük anlamı var.
Qeyd edək ki, Ülviyyə aktyor Murad İsmayılla ailəlidir.








jpg-1675925420.webp)








