• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Mərc oyunlarında uduzdu, namaza başladı … - Sumqayıtda qızını suda boğan atanın DOSTU ELƏ ŞEYLƏR DANIŞDI Kİ...

CƏMİYYƏT

02 Aprel 2024 | 16:01

Mərc oyunlarında uduzdu, namaza başladı … - Sumqayıtda qızını suda boğan atanın DOSTU ELƏ ŞEYLƏR DANIŞDI Kİ...

“Onun öz doğma uşağına qıyacağına heç vaxt inana bilmərik. O, uşağını özü öldürməyib. Burada başqa bir şey var”.

Bu sözləri Sumqayıtda 1 yaşlı qızı Zeynəb Yeşili suda boğaraq öldürən Yeşil Ahmet Turanın Türkiyədə yaşayan dostu Ömər Aygün Bakıvaxtı.az-a danışarkən bildirib.

Onun sözlərinə görə, Zeynəb Y.A.Turanın ikinci evliliyindən olan qızıdır:

“Ahmet birinci dəfə Türkiyədə evlənmişdi. İki uşağı var. Dininə bağlı biridir. Anası və atası ilə birlikdə yaşayırdı. Bir bacısı da var”.

Onun sözlərinə görə, A.Yeşil evləndikdən sonra həyat yoldaşı ilə Malatyaya köçmüşdü: “Boşanandan sonra da həyat yoldaşı uşaqları ilə burada qaldı. Ahmet Azərbaycana getdi. Bir müddət sonra zəng edib Azərbaycanda evləndiyini dedi. Azərbaycanda olduğu müddətdə bir neçə dəfə mənimlə danışıb. Hər dəfəyaxşı, sağlam olduğunu görürdüm”.

Ömər Günəş Yeşil Ahmet Turanın bu günə qədər heç kimə pislik etmədiyini, psixoloji durumunun da yerində olduğunu qeyd edib:

“2005-ci ildən tanışıq. Xəbəri sizdən eşidəndə çox təəccübləndim. İnşallah, bu xəbər yanlış çıxar. Onun öz doğma uşağına qıyacağına heç vaxt inana bilmərəm. O, uşağını özü öldürməyib. Burada başqa bir şey var. Çünki buradakı uşaqlarına o qədər düşkün idi ki...Biz eyni zamanda qonşu olmuşuq. İkimiz də mebel işi ilə məşğul olurduq. Düzdü, həyat yoldaşından ayrılandan sonra bir az boşluğa düşdü. Bir ara mərc oyunları oynayırdı. Bu oyunlarda çox pul itirdi. Ona dəfələrlə haram pulun yaxşı olmadığını dedim. Axırda mənimlə razılaşdı. Namaza başladı. Bir az əsəbi olmuşdu. Onun belə bir cinayət törətdiyinə heç cür inanmırıq”.

Xatırladaq ki, Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində onun atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan şübhəli bilinir.

Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib. Atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb.

Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Iyul 2024