Türkiyəli məşhur aktrisa Hazal Kaya sosial şəbəkədə atdığı addımla gündəmə gəlib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, aktrisa sosial şəbəkədə izləyicisindən şikayətçi olub. Verilən məlumata görə, bir izləyici sosial platforma üzərindən aktrisa və onun ailəsinə təhqirli ismarıclar göndərib.
Çox keçmədən Hazal şikayətçi olub və sözügedən şəxs haqqında dərhal cinayət işi açılıb.
İddialara görə, məhkəmədə aktrisa və onun ailəsinə qarşı uzaqlaşdırma qərarı alınıb.
Xəyalə Rza


















