• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Məşhur milyarder elan etdi: ABŞ və ya Çin

DÜNYA

30 Noyabr 2023 | 09:32

Məşhur milyarder elan etdi: ABŞ və ya Çin

Məşhur amerikalı milyarder investor Rey Dalio texnologiya müharibələri ilə bağlı açıqlamalar verib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Dalio texnologiya investorlarının iki super güc arasında seçim etməli olacağına inandığını vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton və Pekin arasındakı gərginlik kritik səfərlə azalsa da, investorlar artıq tərəf seçmək məcburiyyətində qalacaqlar.

"Texnologiya müharibəsi heç bir yerə getmir" deyən Dalio yüksək səviyyəli texnologiya investorlarının ABŞ və Çin arasında seçim etməli olacağına inandığını əlavə edib: "İki güc arasındakı bu yeni rəqabət onların siyasətinin bir hissəsidir".

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Fortune Qlobal Forumunda çıxış edən məşhur milyarder sanksiyalar və çip savaşları mövzusuna toxunub.

O, çip müharibəsində Çinə qarşı tətbiq edilən son sanksiyaları İkinci Dünya Müharibəsindən əvvəl Yaponiya İmperiyasına tətbiq edilən neft sanksiyaları ilə müqayisə edərək “Çip neft kimidir” analogiyasını aparıb. Bildirib ki, noyabrın ortalarında APEC çərçivəsində keçirilən Bayden-Xi Jinping görüşündən sonra ABŞ və Çin arasında artan gərginliyi azaldıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026