• Bakı 26° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Messi assist rekordunu təkrarladı

İDMAN

20 Noyabr 2024 | 10:09

Messi assist rekordunu təkrarladı

Argentina yığmasının futbolçusu Lionel Messi milli komandalar tarixində assist rekordunu təkrarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı hücumçu buna DÇ-2026-nın seçmə mərhələsində, evdə Peru millisinə qarşı matçda nail olub.

Bu qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalan forvard assistlərinin sayını 58-ə çatdırıb.

O, bu göstəricidə indiyədək lider olan ABŞ millisinin əfsanəvi oyunçusu Lendon Donovana çatıb.

Qeyd edək ki, Argentina Perunu 1:0 hesabı ilə məğlub edib. Son dünya çempionu 25 xalla liderdir, qonaqlar 7 xalla sonuncu - 10-cu sıradadır.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025