• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Messi milliyə çağırılmadı - FOTO

İDMAN

20 Avqust 2024 | 09:31

Messi milliyə çağırılmadı - FOTO

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi Argentina millisinə çağırılmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının rəsmi saytında məlumat verilib.

Belə ki, 2026-cı il dünya çempionatının seçmə oyunları üçün yekun ərizə təqdim edilib və Messi bu siyahıda yer almayıb.

Ümumilikdə ərizəyə 28 futbolçu daxil edilib. Beləliklə, forvard 2026-cı ilin dünya çempionatının seçmə mərhələsinin oyunlarında iştirak etməyəcək.

Bildirilir ki, forvard Amerika Kubokunun final matçında Kolumbiya ilə oyunda zədələndikdən sonra sağalmayıb.

Qeyd edək ki, siyahıda Anxel Di Mariya da yer almayıb.

Xatırladaq ki, 37 yaşlı Messi karyerası ərzində milli komanda ilə birlikdə Dünya Çempionatının (2022), eləcə də iki dəfə Amerika Kubokunun (2021, 2024) qalibi olub.


Messi milliyə çağırılmadı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR