• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Messi PSJ-yə keçdiyinə peşman deyil

İDMAN

15 Fevral 2022 | 00:26 | Müəllif: Subhan Mahmudov

Messi PSJ-yə keçdiyinə peşman deyil

Argentina millisinin kapitanı Lionel Messi PSJ-də rahatdır .

Bakıvaxtı.az "RMC Sport"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Parisdə özünü yaxşı hiss edir və PSJ-yə keçdiyi üçün heç peşman deyil. Qeyd olunur ki, Leo Paris həyatına tez uyğunlaşıb.

Messi ailəsi ilə birlikdə tez-tez restoranlara gedir. Məsələn, onlar bu yaxınlarda Eyfel qülləsinin yanında yerləşən restoranlarda olublar.

Futbolçunun ailəsi də Paris həyatına öyrəşib. Messinin övladları idmanla məşğul olurlar.

34 yaşlı forvard bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 20 oyunda 7 qol vurub və 7 qolun ötürməsini verib.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026