• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Mətbəəyə göndərilən kitabda "hörümçək" sözü olub" - Baş direktor

CƏMİYYƏT

20 Yanvar 2022 | 11:47 | Müəllif: Qalib İbrahimoğlu

"Mətbəəyə göndərilən kitabda "hörümçək" sözü olub" - Baş direktor

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədli AMEA prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında orfoqrafiya lüğəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Nadir Məmmədli APA-ya bildirib ki, cəmi 2 aydır, instituta baş direktor təyin olunub, institutda baş verənlər ondan əvvəlki dövrə təsadüf edir: "Orfoqrafiya lüğəti ötən il çap olunub. Təbii ki, bu məsələyə laqeyd qala bilmərəm".

N.Məmmədli deyib ki, lüğətlə bağlı məsələyə aydınlıq gətirmək üçün institutun elmi şurasının üzvləri, şöbə müdirləri toplaşıb müzakirə aparıblar: "Kitabın mətbəəyə gedən son variantını tapdıq. Sonuncu korrektor cildlənmiş halda mətbəəyə göndərib. Həmin kitabda "hörümçək" sözü var. Necə olub ki, bu söz kitaba salınmayıb, bunu aydınlaşdıracağıq. İş olan yerdə səhv də olur. Düşünürəm ki, bu, Dilçilik İnstitutunun səhvi deyil. Belə başa düşürəm ki, mətbəə xətasıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR