• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Metronun havalandırma sistemində YENİLİK - AÇIQLAMA

CƏMİYYƏT

12 Iyul 2021 | 16:47

Metronun havalandırma sistemində YENİLİK - AÇIQLAMA

“Bakı Metropoliteni metro stansiyalarında havalandırma sisteminin yenilənməsi ilə bağlı növbəti yeni ventilyatorlar alınacaq”. 

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə metropolitendə işlər davam etdirilir:

“Bakı metropoliteninin əməkdaşları havalandırma sistemlərinin vəziyyəti ilə bağlı monitorinqlərə başlayıb. 

Hazırda ventilyasiya sistemlərinin vəziyyəti öyrənilir. Bu günə qədər metro stansiyalarının müasir sistemlərlə əvəzlənməsi məqsədilə ümumilikdə 17 ventilyasiya sistemi yenisi ilə əvəz edilib. Monitorinq başa çatdırılandan sonra metro stansiyaları və tunellərdə havalandırma sistemi qiymətləndiriləcək və ehtiyac olduğu təqdirdə digər ventilyasiya sistemləri də yenisi ilə əvəzlənəcək”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026