• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Metronun qarşısında bu hərəkətinə görə həbs edildi

HADİSƏ

28 Fevral 2025 | 17:35

Metronun qarşısında bu hərəkətinə görə həbs edildi

Bakı metrosunun “Nizami” stansiyası qarşısında xuliqanlıq hərəkətləri edən şəxs həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 20-si baş verib.

Belə ki, sərxoş halda stansiyaya daxil olmağa çalışan şəxsi metronun girişində xidmət aparan polislər içəri buraxmayıb. Daha sonra o, insanların sıx olmasından istifadə edərək növbəti dəfə stansiyaya daxil olmaq istəyib və yenidən oradan kənarlaşdırılıb.

Bundan sonra həmin şəxs insanların kütləvi hərəkət etdiyi “Nizami” metro stansiyasının qarşısında təbii ehtiyacını ödəməyə başlayıb.

Vətəndaşların şikayətindən sonra o saxlanılaraq polis idarəsinə aparılıb və ekspertizadan keçirilib.

Quba rayon sakini 1976-cı il təvəllüdlü E.Mehdiyev (şərti soyadlı) olduğu müəyyənləşən şəxsin sərxoşluğu təsdiqlənib və barəsində protokol tərtib edilib. Protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilən şəxs ifadəsində törətdiyi əməli etiraf edib. O, acqarına 1 litr araq içdiyini bildirib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə E.Mehdiyevə 25 sutka inzibati həbs verilib.


SON XƏBƏRLƏR

28 Fevral 2025