• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Meymunçiçəyi virusunun İLKİN SİMPTOMLARI

CƏMİYYƏT

15 Iyul 2022 | 06:00 | Müəllif: Qalib İbrahimoğlu

Meymunçiçəyi virusunun İLKİN SİMPTOMLARI

Meymunçiçəyi xəstəliyi, Poxviridae virus ailəsinə və Orthopoxvirus cinsinə aid olan Monkeypox virusunun yaratdığı xəstəlikdir.

Bakıvaxtı.az xəbər verir ki, meymunçiçəyi insanlara virusa yoluxmuş heyvandan və insandan keçə bilər. Virusa yoluxma daha çox təmas, hava-damcı yolu ilə, yoluxmuş yataq dəstləri, yoluxmuş əşyalar vasitəsilə mümkündür.

Meymunçiçəyi virusunun ilkin simptomlarını təqdim edirik:

• yüksək hərarət

• şiddətli baş ağrısı

• spesifik səpgilər

• limfa düyünlərində şişkinlik

• əzələ ağrıları

• halsızlıq

Xəstəliyin gizli (inkubasiya) dövrü Dünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 5 ilə 21 gün arasında dəyişməkdədir. Yüksək hərarətin başlanmasından 1-3 gün (bəzən daha uzun) sonra xəstədə spesifik səpgilər əmələ gəlir, adətən üzdən başlayır və bədənin digər hissələrinə yayılır (medicina.az. Bəzi xəstələrdə səpgilər cinsiyyət orqanlarında, gözlərdə və ağızın selikli qişasında da görünə bilər.

Səpgilərin oxşarlığına görə xəstəliyi suçiçəyi ilə qarışdırmaq olar. Meymun çiçəyi virusunda, digər çiçək virusu ailəsi nümayəndələrindən fərqli olaraq , limfa düyünlərinin böyüməsi (limfoadenopatiya) müşahidə edilir. Xəstəliyin ağırlığından asılı olaraq səpgilər 2-4 həftə ərzində tamamilə yox olur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR