Meymunçiçəyinə qarşı dərman vasitəsi aşkar edilib.
Bakıvaxtı.az-ın "Lancet" elmi nəşrinə istinadən məlumatına görə, bunu Böyük Britaniyanın Liverpul Universitetinin elmi işçisi Hyu Adler deyib.
Onun sözlərinə görə, ABŞ-da hazırlanmış çiçək xəstəliyinə qarşı tekovirimat preparatı meymunçiçəyi ilə mübarizə üçün uyğun vasitədir.
"Həmkarlarımız meymunçiçəyi epidemiyasının yayılmasının səbəblərini araşdırmağa çalşdığı müddətdə, biz bu xəstəliklə mübarizə üçün keçmişdə hansı antiviral dərmanların istifadə olunduğu ilə maraqlandıq" deyən H.Adler bildirib ki, 2018-2021-ci illər üzrə məlumatların təhlilinin nəticələrinə əsasən, iki əsas dərman - brincidofovir və tekovirimat müəyyən edilib. Dediyinə görə, birinci dərman suçiçəyi ilə mübarizə üçün, ikincisi isə ABŞ-da hökumətin bioloji silah təhlükəsi ilə mübarizə proqramına uyğun olaraq yaradılıb.
Tekovirimat insan çiçək virusunun replikasiyasını dəf etməyi bacardığı halda, brincidofovir isə o qədər də effektiv vasitə olmadığı üzə çıxıb.
Alimlər hesab edirlər ki, daha az təhlükəli olan meymunçiçəyi də tekovirimat preparatı ilə müalicə olunacaq.
Ramid İbrahimov
















