• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Meymunçiçəyinin qarşısını almaq olar - ÜST

CƏMİYYƏT

29 Iyul 2022 | 11:27 | Müəllif: Qalib İbrahimoğlu

Meymunçiçəyinin qarşısını almaq olar - ÜST

“Meymunçiçəyi xəstəliyinin qarşısını almaq olar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi xəstəliyi üzrə baş mütəxəssisi Rozomund Lyuis bildirib.

O, koordinasiyanı, ölkələrin və bütün maraqlı tərəflərin əməkdaşlığını, eləcə də qlobal həmrəyliyi artırmağa ümid etdiyini deyib.

Bu il 75-dən çox ölkədə 16 min təsdiqlənmiş meymunçiçəyi hadisəsinin qeydə alındıını deyən R.Lyuisə görə, yəqin, real rəqəm daha çoxdur. O, Konqo Respublikasında bir neçə min hadisənin şübhəli olduğunu, lakin sınaq imkanlarının məhdudluğunu qeyd edib. Onun sözlərinə görə, qlobal miqyasda 17 yaşdan kiçik təxminən 81 uşaq meymunçiçəyinə yoluxub. O əlavə edib ki, yoluxmaların əksəriyyəti gənclər arasında baş verir: “Yoluxanlar arasında orta yaş həddi isə 37-dir. İlk dəfə meymunlarda aşkar edilən virus, əsasən, yoluxmuş şəxslə yaxın təmas zamanı ötürülür. Bu ilə qədər meymunçiçəyinə səbəb olan virus nadir hallarda endemik olduğu Afrikadan kənarda yayılıb. Lakin mayın əvvəlində İngiltərədə bir neçə hadisə ilə bağlı xəbərlər, epidemiyanın Avropaya keçdiyini göstərirdi”.

O xatırladıb ki, meymunçiçəyi olan insanlar üçün hazırkı tövsiyə onlar sağalana qədər təcrid olunmaq və səyahət etməməkdir: “9-21 gün müddətində onların temperaturu yoxlanılmalı və mümkün digər simptomlara nəzarət edilməlidir. Kimsə peyvənd edildikdə, bədənin immun reaksiyasının meydana gəlməsi bir neçə həftə çəkir".

R.Lyuisin sözlərinə görə, meymunçiçəyi adı Xəstəliklərin Beynəlxalq Təsnifatında artıq mövcuddur və onun adının potensial olaraq dəyişdirilməsi üçün bir prosesə əməl edilməli idi.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026