• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

57 yaşlı qadın 15 il sonsuzluq sonrası ana oldu

CƏMİYYƏT

27 Avqust 2022 | 22:09 | Müəllif: Subhan Mahmudov

57 yaşlı qadın 15 il sonsuzluq sonrası ana oldu

57 yaşlı qadın TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 15 il sonsuzluq sonrası ana olmuşdur.

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, bundan öncəki hamiləliyinin 21-ci həftəsində körpəsini itirən qadın ikinci hamiləliyinin 37-ci həftəsində ETMGİ-nin elmi katibi, həkim mama-ginekoloq t.ü.f.d., dosent Aynurə İsmayılovaya müraciət etmişdir. Yüksək riskli hamiləlik, hamiləliyin hipertenziyası, uşaqlığın mioması kimi problemlərə baxmayaraq hamiləliyin 38-ci həftəsində A.İsmayılova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra edilmişdir. Cərrahi doğuş zamanı dölün ayaq gəlişində olması, ciftin sıx yapışması səbəbindən çətinliklə ayrılmasına baxmayaraq əməliyyat uğurla sonlanmış və cinsi kişi olan sağlam körpə dünyaya gəlmişdir.

Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, ultrasəs müayinəsi zamanı uşaqlıqda heç bir problem aşkar edilməmişdir.

Ana əməliyyatdan üç gün sonra körpəsi ilə birlikdə sağlam şəkildə evə yola salınmışdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026