• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Təbrizin sehrli nağılları"nın müəllifi vəfat edib

CƏMİYYƏT

28 Avqust 2022 | 00:26 | Müəllif: Qalib İbrahimoğlu

"Təbrizin sehrli nağılları"nın müəllifi vəfat edib

Azərbaycan elminə ağır itki üz verib.

Bakıvaxtı.az xəbər verir ki, ömrünü Təbrizin miniatür sənətinin tədqiqinə həsr etmiş sənətşünaslıq doktoru, professor, "Təbrizin sehrli nağılları"nın müəllifi Cəmilə Həsənzadə 74 yaşında vəfat edib.

Cəmilə Həsənzadə Təbrizin miniatür boyakarlığı, miniatür məktəbinə aid onlarla kitab, yüzlərlə elmi əsər, məqalə yazıb. O, Azərbaycan, rus, fransız, ingilis dillərini mükəmməl bildiyi üçün ən müxtəlif mənbələrdən yararlanıb, araşdırmalarını danılmaz faktlarla əsaslandırıb.

Türk sevdalısı olan Cəmilə Həsənzadənin tək istəyi tariximizin saxtalaşdırılması cəhdlərinin qarşısının alınmasına, gerçəklərin istər Azərbaycan, istər Türk dünyası, istərsə də bütün dünyada yayılmasına nail olmaq idi.

Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ. Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir, 1983-cü ildən N. Tusi adına pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyir.

1976-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.

1983-cü ildə SSRİ toplularında XVI əsr Təbriz miniatür boyakarlığı" adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə "XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Allah rəhmət eləsin.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026