• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Minaya düşən polkovnikdən XƏBƏR VAR

CƏMİYYƏT

01 Avqust 2022 | 18:24 | Müəllif: Qalib İbrahimoğlu

Minaya düşən polkovnikdən XƏBƏR VAR

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Kəlbəcər rayonunda minaya düşmüş Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin komandiri Vüqar İsbəndiyarovu ziyarət ediblər.

Ombudsman Aparatından Bakıvaxtı.az-a bildirilib ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı əsasında hərbçi ilə keçirilmiş növbəti ziyarət zamanı ona bir daha Ombudsmanın adından şəfa diləkləri çatdırılıb, sağlamlıq vəziyyəti və qayğıları öyrənilib. Görüşdə hərbçinin səhhətinin stabil olduğu bildirilib.

V. İsbəndiyarov mütəmadi olaraq vəziyyətinin diqqətdə saxlanılmasına görə Ombudsmana minnətdarlığını ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026