• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qeyri-adi təbiət hadisəsi: 1 körpə öldü, 29 nəfər yaralandı 

CƏMİYYƏT

31 Avqust 2022 | 17:23

Qeyri-adi təbiət hadisəsi: 1 körpə öldü, 29 nəfər yaralandı

İspaniyanın Kataloniya Muxtar Vilayətinin Girona bölgəsinə diametri təxminən 10 santimetr olan dolu yağıb.

Bakıvaxtı.az xəbər verir ki, dünən La Bisbal d'Emporda qəsəbəsində yağan dolu zamanı iri buz parçasının vurması nəticəsində başından xəsarət alan körpə xəstəxanaya aparılıb.

Bütün müdaxilələrə baxmayaraq, kiçik qız xəstəxanaya aparıldıqdan bir neçə saat sonra dünyasını dəyişib. Həyatı iflic edən dolu zamanı 29 nəfərin yaralandığı və müalicə üçün xəstəxanaya aparıldığı öyrənilib.

Fırtına nəticəsində bir çox avtomobilə ziyan dəyib. Kataloniya meteoroloqları bildiriblər ki, son 20 ildə ən böyük dolu yağıb.

Tarixin ən ölümcül dolu fırtınası 1888-ci ildə Hindistanın Moradabad şəhərində baş verib və narıncı ölçülü buz parçaları səbəbindən təxminən 250 nəfər ölüb.

Aytac Aslan  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026