Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov dəfn olunub.
Bakıvaxtı.az xəbər verir ki, şəhidin cənazəsi Aşağı Quşçu kənd qəbiristanlığında bu dəqiqələrdə torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.
13:54
Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovla vida mərasimi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kəndində, şəhidin ailəsinin yaşadığı evin qarşısında keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.
Z.Hümbətovun üçrəngli Azərbaycan bayrağına bükülən tabutu böyük qurur və ehtiramla dəfn edilmək üçün Aşağı Quşçu kənd qəbiristanlığına aparılır.
***
13:36
Dünən Kəlbəcərdə ermənilərin basdırdığı minaya düşərək həlak olan hərbçi Zöhrab Hümbətovla vida mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, şəhid hərbçinin cənazəsi Tovuz rayonunun Aşağı Quşçu kəndinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi keçirilir.
Şəhid Zöhrab Hümbətov Aşağı Quşçu kənd qəbiristanlığında - Şəhidlər Xiyabanında dəfn olunacaq.



















