Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Azərbaycanın İctimai Televiziyasının müxbirinin sualından yayınıb.
Bakıvaxtı.az xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransında iştirak edən A. Mirzoyan sual verən müxbirə arxasını çevirib.
Nazir sonra ingilis dilində deyinərək tələsik müxbirin yanından uzaqlaşıb.
















