Misirin qədim Sakkara bölgəsində arxeoloji işlər zamanı 2 mumiyalama emalatxanası və 2 sarkofaq aşkar edilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Misir Turizm və Qədim Əsərlər Nazirliyindən verilən açıqlamada insan mumyalama emalatxanasının otaqlarında cansız cəsədlərin qoyulduğu daş çarpayıların olduğu bildirilib.
Qeyd olunub ki, çarpayıların yanında gildən saxsı qablar, mumiyalama alətləri var. Digər emalatxananın isə müqəddəs sayılan heyvanların mumiyalanması üçün istifadə edildiyi və tapılan 2 sarkofaqın eramızdan əvvəl 24-14-cü əsrlərə aid olduğu bildirilib.
Misir Qədim Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, mumyalama emalatxanalarının tarixi təxminən 2400 il əvvəl hökmranlıq edən Qədim Misirin 30-cu sülaləsinə gedib çıxır.
Qədim Misirin mühüm məzar yerlərindən biri olan Saqqara bölgəsi YUNESKO-nun Ümumdünya İrs siyahısındadır.
Ay Tac















