Türkiyənin Milli Kəşfiyyatı Xidməti (MİT) İstanbul Prokurorluğu və polisinin birgə əməliyyatı ilə Mossad üçün işlədiyi müəyyən edilən detektiv Serkan Çiçək saxlanılıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Araşdırmalarda onun əsl adının Məhəmməd Fateh Keleş olduğu və borclara görə adını dəyişdiyi məlum olub.
Çiçəyin Mossad agenti Faysal Rəşidlə əlaqəyə girərək fələstinli fəala qarşı casusluq etməyə cəhd etdiyi bildirilib. O, müşahidə missiyası müqabilində 4000 dollar məbləğində kriptovalyuta ödənişi alıb, lakin tələb olunan məlumatları toplaya bilməyib.
Çiçək İsrailin xeyrinə casusluq fəaliyyətini etiraf edib və barəsində istintaq aparılır.
Əli Hüseynov