Bakı şəhəri üzrə ümumilikdə 99 minə yaxın şagird IV və VI siniflərin monitorinqlərində iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, monitorinqlərin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin artırılması, müvafiq təhsil standartları üzrə bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyən edilməsi, eləcə də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsidir.
Qiymətləndirmə IV siniflərdə tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə həyata keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 7 344 şagird kompüter əsaslı monitorinqdə iştirak edib.
Qeyd edək ki, monitorinq nəticələrinin təhlili əsasında tədris prosesinin daha da təkmilləşdirilməsi və şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi üçün əlavə addımların atılması nəzərdə tutulur.
Bakı 



