• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Moskva məhkəməsi Rövşən Əsgərovun şikayətini təmin etmədi

CƏMİYYƏT

08 Iyun 2022 | 23:18 | Müəllif: Subhan Mahmudov

Moskva məhkəməsi Rövşən Əsgərovun şikayətini təmin etmədi

Moskva Şəhər Məhkəməsi "Nə? Harada? Nə vaxt?" oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarını qüvvədə saxlayıb. 

Bakıvaxtı.az "qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə R.Əsgərovun aöellyasiya şikayətini təmin etməyib. 

Qeyd edək ki, Əsgərov nasizmi reabilitasiya etməkdə ittiham olunur. Aprelin sonunda ona qarşı cinayət işi qaldırılıb. İstintaqın məlumatına görə, telejurnalist sosial şəbəkədə SSRİ marşalı Georgi Jukovun xatirəsini ləkələyən yalan məlumat yayıb.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi onu axtarışa vermişdi. Bununla bağlı açıqlama verən Əsgərov uzun müddət Rusiyada yaşamadığını və ekstradisiyadan qorxmadığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR