• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Moskva vilayətində 5 müttəhim təcridxanadan qaçıb

DÜNYA

06 Avqust 2021 | 12:51

Moskva vilayətində 5 müttəhim təcridxanadan qaçıb

Rusiyanın Moskva vilayətinin İstra şəhərindəki müvəqqəti təcridxanadan 5 müttəhim qaçıb.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva vilayət Prokurorluğundan bildirilib.

Məlumata görə, qaçan müttəhimlər bunlardır: Avan Surkanu, Aleksandr Butnaru, Denis Qrozavu, Nikolay Teterya və Aleksandr Mavridi.

Bildirilib ki, Aleksandr Mavridi “Ət imperiyası”nın sahibi Vladimir Maruqovun qətlində ittiham olunur.

Qeyd edək ki, “Ət imperiyası” (“Myasnaya imperiya”) və “Ozereskiye kolbası” şirkətlərinin baş direktoru Vladimir Maruqov 2020-ci ilin noyabrında İstrada şəhərətrafı evində qələ yetirilib. Hadisənin səhəri günü Qazaxıstan əsilli, 49 yaşlı Aleksandr Mavridi qətldə şübhəli bilinərək tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR