• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Moskvada azərbaycanlıların BAZARINDA YANĞIN  - Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

DÜNYA

01 Dekabr 2023 | 18:40

Moskvada azərbaycanlıların BAZARINDA YANĞIN - Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Moskvanın "Sadovod” bazarında baş verən yanğın saat 17:00 radələrində söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.

16:18

Moskvanın “Sadovod” bazarında baş verən yanğının sahəsi 600 kvadratmetrə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Sadovod” bazarında baş verən yanğının söndürülməsi üçün “Kobra” yanğınsöndürmə sistemindən istifadə edilib ki, bu da qapalı məkanda baş verən yanğını konteynerlərin içərisinə girmədən dəlik vasitəsilə söndürməyə imkan verir.

Yanğınsöndürmə əməliyyatına 170-dən çox insan və 48 texnika cəlb olunub. FHN yanğın nəticəsində itkilər barədə məlumat daxil olmadığını da açıqlayıb.

Qeyd edək ki, "Sadovod" bazarı yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.

***

14:22

Moskvada azərbaycanlı milyarderlərə məxsus Sadovod bazarında baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəsarət alan şəxslərə tibbi yardım göstərilib. Bazardan 350 nəfərin təxliyə olunduğu bildirilib.

Qeyd edək ki, yəhudi əsilli azərbaycanlı milyarderlərə Qod Nisanov və Zarah İliyevə məxsus Sadovod bazarında yanğın baş verib. Bazarın ticarət pavilyonunda baş verən yanğın 150 kvadrat metr ərazini əhatə edib./apa

***

13:21

Rusiyanın paytaxtı Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.

Bakıvaxtı.az hadisə barədə sosial şəbəkənin Rusiya seqmentində informasiya yayılıb.

Bildirilir ki, yanğına 2-ci çətinlik səviyyəsində qiymətləndirilib.

Hazırda təxliyə işləri aparılır.

Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı azərbaycanəsilli iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026