• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Mövlud Çavuşoğlu ilə Ceyhun Bayramov arasında telefon danışığı oldu - YENİLƏNİB

SİYASƏT

20 Iyul 2022 | 15:30

Mövlud Çavuşoğlu ilə Ceyhun Bayramov arasında telefon danışığı oldu - YENİLƏNİB

20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, nazirlər, Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə cari regional vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatlara dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

*** 15:17

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər və Cənubi Qafqazda baş verən son hadisələr müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026