• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Müdafiə Nazirliyindən vəfat edən gizirlə bağlı AÇIQLAMA

GÜNDƏM

15 Avqust 2021 | 13:15 | Müəllif: Subhan Mahmudov

Müdafiə Nazirliyindən vəfat edən gizirlə bağlı AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Mirzə Balaqardaş oğlu Əhmədovun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026