Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 300-ə yaxın vətəndaş cəmiyyətinin nümayəndəsinin də Şuşa şəhərinə iki günlük səfəri təşkil olundu.
Bakıvaxtı.az-ın əməkdaşı Şuşada olan QHT rəhbərlərindən səfərlə bağlı fikirlərini və təəssüratlarını öyənib.
Milli QHT Forumunun İdarə Heyətinin üzvü Çingiz Bayramov bildirib ki, mədəniyyət paytaxtımızı görmək ona da qismət olub.

“Şuşanı görməyi hər bir azərbaycanlıya arzulayıram. Həmçinin, düşünürəm ki, bu sıldırım qayalardan keçən igidlərimiz qədim şəhərimizi, torpaqlarımızı vəhşi ermənilərdən, terrorçulardan necə xilas ediblər? Əsgərlərimizin rəşadəti hərb dünya tarixinə salınacaq haldır.
Bizim Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, eyni zamanda onun dəmir yumruğunun nəticəsində biz ərazilərimizi işğaldan azad etdik,-deyə Ç.Bayramov bildirib.
O, qeyd edib ki, Şuşa dünyaya sülh və barış gətirəcək mədəniyyət beşiyidir: “Şuşa təkcə, Azərbaycanın deyil, bütün türk dünyasının, müsəlman dünyasının mədəniyyət paytaxtı olacaq.
Azad Şuşanın yeni tarixi dərsliklərə salınacaq. Şuşa həm də qoruqdur. Onu qorumaq lazımdır. Dünyadan hər kəs gəlib bu gözəlliyi görməlidir.
Şuşada olarkən şəhidlərimizin qoxusunu hiss etdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onlar bizə qürurverici gün yaşatdılar.
Cıdır düzündən baxanda Xankəndi sanki ayaqlarımızın altında idi. Biz yaxın gələcəkdə Xankəndinə də gedəcəyik”.
Ç.Bayramov deyib ki, ermənilər tarixi abidələri, binaları vəhşicəsinə dağıdıblar: “Dövlətimiz Şuşada yenidənqurma işi aparır. Tikintidə çalışan şəxslər oranı öz torpağı kimi görürlər.
Şuşanın sakinləri yaxın gələcəkdə bizi qəbul edəcəyinin şahidi olacağıq.
Qarabağ Azərbaycandır! Şuşa da Qarabağın ayrılmaz parçasıdır. Bu səfərin təşkil olunmasına görə, başda cənab Prezident İlham Əliyev olmaqla müvafiq qurumlara təşəkkürümü bildirirəm”.
“İnkşafa və islahatlara dəstək” İctimai Birliyi'de İctimai Birliyinin sədri Ramil Əliyev bildirib ki, Şuşa səfəri onu həm qürurlandırıb, həm də kədərləndirib.

“Biz dünən mədəniyyət paytaxtımız olan Şuşa şəhərinə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə səfər etdik, bu səfər bizə həm qürur verdi, həm də kədərləndik. Kədərimizə səbəb şəhidlərimizin qanı tökülən əraziləri görmək oldu. Ancaq qısa zamanda Zəfər yolunun inşasını gördükdə qururlandık ki, artıq Qarabağı dirçəldirik, 30 ildir biz bu günü gözləyirdik. Cıdır düzündə olduq, orda dayanıb səmanı izləmək bir başqadır sanki şəhidlərin ruhunu hiss edirsən, elə bil sənə baxırlar. Möhtəşəm bir yerdir cıdır düzü, Göhvər Ağa Məscidində olmaq. İşğal zamanı vandalizmə məruz qalan məscid, tarixi abidələr bərpa edilir. Şuşada qala çörəyi alıb şəhid ailələrinə gətirdim. Artıq gecədən aparıb şəhid ailələrinə çatdırıram. İlk onların bu çörəyi yeməyi haqq edirlər. Azad Şuşadan sevinclə ayrıldım ki, artıq Şuşa dirçəlir. Tarixi şəhərimiz Şuşa elə bir şəhərdir ki, ora haqqında nə qədər danışsaq bitməz”.
Ramid İbrahimov
















