• Bakı 22° C

    0.67 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: TAPŞIRIQLAR VERİLDİ

CƏMİYYƏT

06 Sentyabr 2024 | 11:22

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: TAPŞIRIQLAR VERİLDİ

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə. məruzə edilib ki, bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur və fasiləsiz xidmət aparılır.

Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin daha keyfiyyətli təşkili, eləcə də ayıq-sayıqlığın artırılmasına dair aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.


SON XƏBƏRLƏR