• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Qazaxıstan və Almaniya əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar

DÜNYA

16 Sentyabr 2024 | 16:18

Qazaxıstan və Almaniya əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Almaniya Federal Kansleri Olaf Şolz dövlətlər arasında əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.

Məlumata görə, Almaniya Mərkəzi Bankı və Qazaxıstan Milli Bankı arasında texniki əməkdaşlıq məsələləri üzrə anlaşma memorandumu , qazax-alman məktəbinin yaradılmasına dair niyyət memorandumu, habelə Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universitetində Qazax-Alman Elm və Texnologiya İnstitutunun yaradılmasına dair memorandum imzalanıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Sentyabr 2024