• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Kreml: "Kiyevin BMT-ni Kursk bölgəsinə dəvəti təxribatdır"

SİYASƏT

16 Sentyabr 2024 | 15:52

Kreml: Kiyevin BMT-ni Kursk bölgəsinə dəvəti təxribatdır

Kreml Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqanın BMT və Qırmızı Xaç nümayəndələrini Kursk vilayətinə dəvət etməsini təxribat kimi qiymətləndirib. 

Bakıvaxtı.az "Vedmosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Ümid edirik ki, bu cür təxribatçı bəyanatlar alıcılar tərəfindən qəbul edilməyəcək. Bu, bir təxribat növüdür. Və təbii ki, biz bu cür təxribatçı bəyanatların ayıq qiymətləndirilməsinə ümid edirik", deyə Peskov bildirib.

Qeyd edək ki, Ukrayna BMT və Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) Kursk vilayətində humanitar səylərə qoşulmağı xahiş edib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024