• Bakı 17° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Dəhlizin açılması 2-3 il, bəlkə də daha artıq çəkə bilər - AÇIQLAMA

SİYASƏT

15 Oktyabr 2024 | 17:26

Dəhlizin açılması 2-3 il, bəlkə də daha artıq çəkə bilər - AÇIQLAMA

“Zəngəzur dəhlizi ilə bağlı kifayət qədər problemlər var və burada çox iri dövlətlərin maraqları toqquşur”.

Bunu Bakıvaxtı.az-a politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda İranda İslam İnqilabının Keşikçiləri Korpusu hətta Rusiyanı, Türkiyəni müharibə ilə hədələdi:

"Bu il Zəngəzur dəhlizinin işə düşmə ehtimalı təbii ki, yoxdur. Ermənistan ərazisində müəyyən işlərin başlanması mümkün olmayacaq. Ermənistan özünün "Sülh kəsişməsi" deyilən layihəsini, yəni qəbul etməyəcəyimiz istiqamətləri bizə təklif edir. Bakı Zəngəzur dəhlizinin İran sərhədinin yaxınlığından, 43 kilometrlik ərazidən keçməsini istəyirik. Digər yandan 10 noyabr sazişinin 9-cu bəndində Zəngəzur dəhlizinə nəzarətin Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməsi qeyd olunub. Bu məsələdə də razılaşma yoxdur”.

Səmədov qeyd edib ki, İran da kifayət qədər kəskin mövqe tutub. Ermənistanda isə Zəngəzur dəhlizi istiqamətində ümumiyyətlə heç bir iş başlnamayıb, heç sənədlər də hazırlanmayıb:

“Dəhlizin açılması 2-3 il, bəlkə də daha artıq çəkə bilər. Təbii ki, işi sürətləndirmək mümkündür. Bunun üçün Qərb Ermənistana ciddi təzyiq göstərməlidir. Ukrayna müharibəsi də bitməlidir. Ukrayna müharibəsinin bitməsi isə Amerikadakı seçkilərdən asılı olacaq".

Müsahibimiz bəyan edib ki, hadisələr Ukraynada müharibənin davam etməsinin qeyri-mümkün olduğunu göstərir:

"Ya bu il, ya da çox güman ki, gələn il Rusiya-Ukrayna müharibəs sülh sazişi, yaxud atəşkəs razılaşması ilə dayandırılacaq. Sonra Zəngəzur dəhlizinin açılması istiqamətində Rusiya bütün gücü ilə işə başlayacaq. Bundan sonra ciddi addımların atılması ehtimalı var”.

Abutalıb Səmədov: İran ərazisindən keçəcək yolun Zəngəzur dəhlizi ilə heç bir əlaqəsi yoxdur

Həmsöhbətimuiz bildirib ki. hələlik Azərbaycan və Türkiyə əlindən gələni etsə də, Ermənistanda heç bir iş görülmür və müəyyən problemlər qalır. Politoloq vurğulayıb ki, İran ərazisindən keçəcək yolun Zəngəzur dəhlizi ilə heç bir əlaqəsi yoxdur:

“Bu, alternativ yoldur. Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçməlidir. Bizim üçün əsas prioritet Zəngəzur dəhlizidir".

Aydın Baxış


SON XƏBƏRLƏR