• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Azərbaycanı "Oil Capital Cup" turnirində bu güləşçilər təmsil edəcək

İDMAN

16 Sentyabr 2024 | 15:42

Azərbaycanı Oil Capital Cup turnirində bu güləşçilər təmsil edəcək

Azərbaycanı Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirində təmsil edəcək idmançılar müəyyənləşib.

Güləş Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə beynəlxalq yarışda ölkəmizi sərbəst güləşçilər təmsil edəcək.

Məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında ənənəvi turnirdə Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq) və Əşrəf Aşırov (79 kq) mübarizə aparacaq.

Sentyabrın 19-da Musa xalçaya çıxacaq. Növbəti gün isə Kənanla Əşrəf güləşəcək.

Qeyd edək ki, sabah start götürəcək yarış sentyabrın 20-nə qədər davam edəcək.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024