• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Kimmix PSJ-yə keçə bilər

İDMAN

16 Sentyabr 2024 | 14:30

Kimmix PSJ-yə keçə bilər

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Yozua Kimmix karyerasını PSJ-də davam etdirə bilər.

Bakıvaxtı.az "Sport1"ə istinadən xəbər verir ki, klubun idman direktoru Maks Eberl Fransa klubunun futbolçu ilə maraqlandığını bildirib.

Ancaq "Bavariya" Fransa klubu ilə danışıqlar aparan 29 yaşlı futbolçunu buraxmaq niyyətində deyil. Direktorun sözlərinə görə, klub J.Kimmix və Camal Musialanın komandada qalmasına çalışır.

Qeyd edək ki, yarımmüdafiəçinin "Bavariya" ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Ötən mövsüm o, Münhen təmsilçisinin heyətində meydana çıxdığı bütün turnirlərdə 43 matçda meydanda olub, 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024