• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

HADİSƏ

16 Sentyabr 2024 | 15:13

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəkidə yol qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki rayonu Kiçik Dəhnə kənd sakini Rəhman Mustafayevin idarə etdiyi “Changan” markalı minik avtomobili ilə rayonun Böyük Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

“Changan”ın sürücüsü R. Mustafayev və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. /Apa


SON XƏBƏRLƏR

18 Sentyabr 2024