• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Avropa İttifaqı Komissiyasının fransalı üzvü istefa verib

DÜNYA

16 Sentyabr 2024 | 15:27

Avropa İttifaqı Komissiyasının fransalı üzvü istefa verib

Avropa İttifaqı (Aİ) Komissiyasının daxili bazardan məsul üzvü Thierry Breton istefa verib.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bununla bağlı Thierry Breton "X" sosial media hesabında AB Komissiyasının sədri Von der Leyenə yazdığı istefa məktubunu paylaşıb.

O, paylaşımında artıq Komissiya üzvü kimi vəzifələrini yerinə yetirə bilməyəcəyini açıqlayıb.

"Son hadisələr fonunda mübahisəli idarəetmə elementləri ortaya çıxıb. Ona görə də dərhal Aİ Komissiyasının üzvü kimi istefa verirəm", - deyə Breton vurğulayıb.

Von der Leyenin bu həftə ikinci müddətində Komissiya üzvlüyü üçün hazırladığı siyahını açıqlaması gözlənilir.

Qeyd edək ki, Breton Aİ Komissiyasında sənaye siyasəti, müdafiə investisiyaları, daxili bazar qaydaları və rəqəmsal platformalar kimi mühüm sahələri idarə edirdi.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024